AzEkol - Creating new opportunities
Bizi sosial
şəbəkələrdə izləyin
Dil
seçimi

Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş ekoyürüş keçirilib

Balaxanı Sənaye Parkının rezidenti olan “AzEkol” MMC və “Enactus Azərbaycan”ın birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş ekoyürüş keçirilib.

Qeyd edək ki, yürüşdə 28 nəfərdən ibarət “Enactus UNEC” və İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyinin üzvləri iştirak ediblər.

Aksiya çərçivəsində Sulutəpə ərazisində yerləşən meşəlik zonasından 300 kiloqram plastik, polietilen məmulatlar toplanıb, təkrar emal üçün təqdim olunub. Bununla da ekoloji vəziyyətin normallaşdırılması üçün addım atılıb və gənclərin bu məsələlərə daha çox diqqət yetirmələrinə şərait yaradılıb.

Yürüş uzunmüddətlidir, gələcək günlərdə yenidən keçirilməsi planlaşdırılır. Yürüş iştirakçılarına ekologiyanın mühafizəsi, biomüxtəlifliyin qorunması, təbii landşaftın toxunulmazlığı, istehsalatla bağlı çirkləndirilmə, tullantıların idarə olunması və s. haqqında ətraflı məlumat verilib.

Fəxr edirik ki, “AzEkol” MMC Azərbaycanda PET-in (Polietilen Tereftalat) təkrar emalı üzrə ixtisaslaşmış ən böyük şirkətdir.