AzEkol - Creating new opportunities
Bizi sosial
şəbəkələrdə izləyin
Dil
seçimi

Xəbərlər

Yeni Zavodla yeni zirvələrə doğru

 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən olan Balaxanı Sənaye Parkının yaradılması qərara alınmışdır. 
Artıq Balaxanı Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, “Təmiz Şəhər” ASC tərəfindən parkda fəaliyyət göstərəcək ilk 2 şirkət qeydiyyatdan keçirilmişdir. Bunlardan biri də məs plastik PET materiallarının təkrar emalı sahəsində fəaliyyət göstərən “AzEkol” MMC-dir. 
Park ərazisində mexaniki emal və istehsal qurğuları üçün bütün şərait və lazımi dəstək hökumət tərəfindən təmin ediləcək. 
 
Sənaye Parkının Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatını asanlaşdıracaq və istehsal edilmiş məhsulun daha əlverişli şərtlərlə bazara çıxarılmasına imkan yaradacaq.