AzEkol - Creating new opportunities
Bizi sosial
şəbəkələrdə izləyin
Dil
seçimi

Faydalı Məlumat

Faydalı Məlumat

Emal prosesi

Emal prosesinin ilkin mərhələsi istifadə edilmiş 150-500 kg çəkisində PET qablaşdırmasının lent tipli konveyer ilə doğranma mexanizmindən və daha sonra ilkin isti yuma sistemindən keçməsindən ibarətdir. Burada buxarla qızdırılmış su PET qabından çirk və qumun, eləcə də etiketlərin əksəriyyətini yuyur və ağızlıqları (probkaları) çıxardır.

İlkin yumadan sonra PET qabı rənglərə görə çeşidlənmək və ümumi PET axınından digər polimerlərin və metal hissəciklərin ayrılması üçü avtomatik çeşidlənmə xəttinə keçir. Avtomatik çeşidlənmə tamamlandıqdan sonra, zavod əməkdaşları tərəfindən PET axının yekun vizual yoxlanması keçirilir.

Çeşidlənmiş rəngli PET qablaşdırması PET kəpəyinin əldə olunması üçün ikinci emal xəttinə istiqamətləndirilir və burada dəyirmandan keçir.

Doğranmış material su vasitəsilə yuyulma qurğusuna nəql edilir. Bu qurğuda temperatur və qələvi tərkibli əsaslı kimyəvi maddələrin təsiri ilə PET kəpəyi yapışqan, etiket və s. təmizlənir. Bunların əksəriyyəti yuyulmadan sonra vibrasiya edən ələk vasitəsilə ayrılır.

Növbəti mərhələdə kəpək materialın ayrılması üçün flotasiya qurğusuna yönləndirilir. PET sudan ağır olduğuna görə, bu qurğuda PET kəpəyi dibə çökür, lakin ağızlıqlar (probkalar) və etiketlər daha yüngül olduğu üçün, səthə çıxırlar. Hər iki axın ayrılır və artıq təmizləniş PET kəpəyi yaxalanma qurğusuna keçirilir.

Yaxalanmadan sonra PET kəpəyi qızdırılmış hava ilə qurudulur və siklondan keçirilməklə xırda toz hissəcikləri və yapışmış kağız lifləri xaric olunur. Bu mərhələdə həmçinin metal detektoru vasitəsilə PET kəpəyinin metal hissəciklərdən yekun təmizlənməsi aparılır. Son olaraq quru kəpək 100x100x230 cm ölçüsündə polipropilen torbalara yerləşdirilir.

Həmin torbalarda PET kəpəklər anbarda saxlanılır və müştərilərə çatdırılır. 

İstehsal prosesində əmələ gəlmiş çirkab sular xüsusi çirkab sularının təmizlənməsi qurğularında təmizlənir. Proses üçün zəruri olan temperatur buxar generatorundan alınan buxar vasitəsilə əldə olunur. Generator təbii qaz və elektik enerjisi ilə işləyir. Emal prosesi nəticəsində əldə olunmuş digər materiallar xammal kimi polimer emalı üzrə ixtisaslanmış digər müxtəlif şirkətlərə satılır. 

Məlumat və faktlar

  • Bərk plastmass məhsulların əksəriyyəti təbiətdə parçalanmır
  • Plastmass qablaşdırmanın təkrar istifadəsi həm neft ehtiyatlarına qənaət edir, həm də atmosferi istixana qazlarından və digər çirkləndiricilərdən qoruyur. 1 ton plastmass materialın emalı nəticəsindı 1,8 ton neft məhsullarına qənaət edilir.
  • Plastmassın istehsalı ilə müqayisədə onun emalı zamanı atmosferə 3 dəfə daha az ekologiya üçün zərərlı qaz atılır.
  • Plastmassın istehsalı ilə müqayisədə onun emalı zamanı 70% daha az enerji sərf olunur
  • Plastmassın emalı nəticəsində tullantı poliqonlarında mühüm dərəcədə daha az ərazi istifadə edilir.
  • Emal edilmiş PET şüşələrindən çeşidli və müxtəlif məhsullar əldə etmək olar. Məsələn, 27 emal olunmuş PET şüşəsindən bir sviter istehsal etmək olar.