AzEkol - Creating new opportunities
Bizi sosial
şəbəkələrdə izləyin
Dil
seçimi

Xammal

Xammal

 İstifadə olunmuş PET şüşələri

AzEkol zavodunda rəngsiz və rəngli PET şüşələri emal olunur. AzEkol PP/PE ağızlıqlarını və qapaqlarını satın alır və emal edir.

AzEkol ilkin xammalı emal edib yekun malı əldə etmək üçün, xammal təchizatçıları bir neçə qaydaya riayət etməlidirlər.

AzEkolun keyfiyyət şərtləri və təchiz olunan materialın faiz nisbəti

Üz qabıqlı şüşələr < 3 %

Kimyəvi maddələr üçün istifadə olunmuş şüşələr < 1 %

Alüminium qapaqlı şüşələr ≤ 0,5 %

Metal qablar < 0,5 %

Şüşələrin rənginə görə çeşidlənməsi

Şəffaf PET şüşə kiplərində şüşələrin 90%-i şəffaf və 10%-i rənglidir. İstifadə olunmuş PET şüşələri ağızlıq və etiketlərlə bir yerdə kiplərə yığılır.

Kiplərdə PVX və digər tullantılar olmamalidir, məsələn təhlükəli tullantılar (tibbi, toksik, kimyəvi maddələrin saxlanıldığı qutular, metal ağızlıqlı və halqalı PET şüşələr, örtülmüş PET şüşələri (yoqurt şüşələri).

Digər materiallar 5%-dən artıq olmamalıdır.

«AzEkol» hər bir gələn yükə nəzarət edir. Daimi müştərilərin 1 kipi seçilərək əllə yoxlanılır, yeni təchizatçılarım isə 2-3 kipi yoxlanılır. Kipin içindəkiləri çeşidlənir və faiz nisbəti müəyyən olunur:

  1.  PET şüşələr, şəffaf %
  2.  PET şüşələr, qarışıq (miks) %
  3.  Örtülmüş PET şüşələri
  4.  Plyonkalar %
  5.  Alüminium qablar %
  6.  Alüminium ağızlıqlı PET şüşələri %
  7.  Məişət kimyəvi maddələrinin qutuları %
  8.  Digər bilinməyən plastmaslar, rezinlər, daşlar və tullantılar неизвестные %

Əgər material daha öncə razılaşdırılmış şərtlərə uyğun deyilsə, müqavilə şərtləri gözdən keçiriləcəkdir.

Keyfiyyət tələblərinə cavab verməyən material nümunələri

Qum və kir

Kiplər kirli və ya qumlu olmamalıdır


YSPE şüşələri

Kiplərdə yüksək sıxlıqlı polietilen (YSPE) şüşələri olmamalıdır

Daşlar, taxta, rezin və sairə

Kiplərə daş, taxta, rezin və ya mənşəyi bilinməyən plastmassın yığılması qəti qadağandır.

Kağız, plyonka, tullantılar

Kiplərə kağız (şüşə etiketlərindən başqa), plyonka və tullantıların yığılması qəti qadağandır.