AzEkol - Creating new opportunities
Bizi sosial
şəbəkələrdə izləyin
Dil
seçimi

Haqqımızda

Haqqımızda
PET etilenqlikol il tereftal turşusunun (və ya onun dimetil efirinin) polikondensasiya məhsulu və kristallik vəziyyətdə ağ şəffaf olmayan maddədir. 70°C temperaturda şəffaf vəziyyətə keçir və kəskin soyudulma nəticəsində həmin vəziyyətdə qalır.

PET etilenqlikol tereftal turşusunun  (və ya onun dimetil efirinin) polikondensasiya məhsulu və kristallik vəziyyətdə ağ şəffaf olmayan maddədir. 70°C temperaturda şəffaf vəziyyətə keçir və kəskin soyudulma nəticəsində həmin vəziyyətdə qalır.

AzEkol polimerlərin təkrar emalı bazarında qabaqcıl sıralardadır. Fəaliyyətin əsas istiqaməti tullantı poliqonlarında yığılmış PET şüşələrinin emal edilməsidir.

Müasir zamanda polimerlərin təkrar emalı və onların əsasında müxtəlif məhsulların əldə edilməsi daha da populyarlaşır. Bu ilk öncə xammalın  bolluğu və nisbətən aşağı qiymətindən irəli gəlir. Şirkətimizin əsas məqsədi müştərilərimizin təkrar emal edilmiş polimerə olan tələbatını tam olaraq təmin etməkdir.

Plastik şüşələrin emalı ətraf mühitin mühafizəsi məsələlərini həll etməklə yanaşı, istehsal olunan məhsulların yekun maya dəyərinə müsbət təsir edərək polimer məhsulları istehsalçılarının effektivliyini mühüm dərəcədə artırmağa kömək edir. PET şüşələrinin emalı prosesində əsas problem həmin şüşələrin yığımıdır. Poliqonda PET şüşələrinin yığımı əmək tələb edən prosesdir, həmçinin bu metodla yığılmış xammal xeyli dərəcədə çirklənmiş olur. PET təkrar emalından öncə xammalın yuyulub təmizlənməsi tələb olunur ki, bu da emal prosesinin xərclərini artırır. Bu metodla alınmış xammal yüksək keyfiyyətə malik olmasa da bazarda ona tələbat yüksəkdir.

Polietilentereftalat – poliefir sinfinə aid sintetik xətti termoplastik polimer. Monoetilenqlikol və tereftal turşusunun polikondensasiya məhsulu. Polietilentereftalat amorf və kristallik vəziyyətdə mövcud olur və kristalliyin dərəcəsi materialın öncəki termik tarixindən asılıdır. Sürətli soyudulma zamanı polietilentereftalat amorf, asta soyudulma zamanı kristallik olur.  Amorf polietilentereftalat – bərk şəffaf material, kristallik isə bərk və qeyr-şəffafdır. Kristalliyin dərəcəsi şüşələnmə temperaturu və əridilmə temperaturu əsasında müəyyən temperaturda bişirilmə vasitəsilə tənzimlənə bilər. Əmtəə polietilentereftalat adətən qranulları 2-4 mm ölçüyə malik qranulyat şəklində buraxılır.

İstehsalat miqyasında PET ilk olaraq lif əmələ gətirən polimer kimi istehsal olunmağa başlasa da, qısa müddət ərzində polimer qablaşdırması sənayesinin qabaqcıl yerlərindən birini tutdu. Hal-hazırda polietilentereftalat istehlak səviyyəsinin yüksəlməyinə görə ən tez yüksələn polimer materialıdır.

Lif əmələ gətirən polietilentereftalat bazarda lavsan və poliester əmtəə nişanı adı altında tanınır.